Zlatko Daliç: "Qrupumuzda bizdən güclü komanda yoxdur"


İdman 05 Dek 2018 13:56:00 296 0

Zlatko Daliç: "Qrupumuzda bizdən güclü komanda yoxdur"

2020-ci il Avropa çempionatının seşmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç “Republika” portalına püşkü dəyərləndirib.

Goal.az xəbər verir ki 52 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin qrupun ən güclü komandası olmasına diqqət çəkib: “Püşkdən nə razı, nə də narazıyam. Hansı rəqib düşsə, biz ilk iki yeri tutacaq komandadan biri olmalıyıq. Hər şey yaxşıdır. Slovakiya və Macarıstana daha asan səyahət edə bilərik. Lakin Uels və Azərbaycan da var. Qrupumuzda bizdən güclü komanda yoxdur. Biz isə dünya ikincisiyik. Ona görə də bütün rəqiblər bizə qarşı oynamaq və qalib gəlmək istəyirlər. Həmişə optimistəm. Əlbəttə, məqsəd AVRO-2020-yə vəsiqə qazanmalıyıq. Bu tapşırığın öhdəsindən gəlməliyik. Heç bir bəhanə ola bilməz”.

Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə gələn il martın 21-də səfərdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar.