Əflatun Amaşov: Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir


Digərləri 05 Dek 2018 13:32:00 187 0

Əflatun Amaşov: Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir

Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.

Bakı. Elçin Mehdiyev - Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib. Ə.Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir".