Professor: "Şirin su ehtiyatları tükənsə, Xəzərdən su içməli olacağıq!"


Digərləri 05 Dek 2018 13:07:00 291 0

Professor: "Şirin su ehtiyatları tükənsə, Xəzərdən su içməli olacağıq!"

İqlim dəyişikliyi bütün planetdə içməli su ehtiyatlarının azalmasında böyük rol oynayır. Alimlərin əksəriyyəti şübhə etmirlər ki, 30-50 ildən sonra içməli su ehtiyatları tükənəcək. 

Dünya çox sürətlə inkişaf edir. İnsanlar getdikcə artır, sürətli iqtisadi inkişaf isə bununla birləşərək, su ehtiyatlarının tükənməsinə gətirib çıxarır. 

Dünyanın bir çox ölkələrində bu qaçılmaz böhrana hazırlıq üçün dövlət planı mövcuddur. Dünyadakı xəstəxanalarda yatan şəxslərin əksəriyyəti təhlükəli sulardan istifadə ilə bağlı xəstəliklərdən əziyyət çəkirlər. 

Bir neçə il əvvəl Azərbaycan ən az şirin su ehtiyatlarına sahib ölkələr siyahısına düşüb. Dünya bankı Azərbaycanı regionun və hətta dünyanın ən az su ehtiyatlarına sahib ölkələri siyahısına daxil edib. 

Qarşıdakı problemlərin mühümlüyü ilə bağlı mübahisələr artıq yaranmır. 

Ölkəmizdə bununla bağlı işlər nə yerdədir? Bizdə su ehtiyatları, həqiqətən də, çoxdur və onlar tükənsə, nə edəcəyik?

Son.az xəbər verir ki, bu və digər suallara oxu.az-a açıqlamasında "Azərsu" ASC-nin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutu direktorunun müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov cavab verib. 

Onun sözlərinə görə, hər gün dünyada içməli su ehtiyatları azalır və Azərbaycanda digər ölkələrdə olduğu kimi, bu vəziyyətlə bağlı tədbirlər planı var. 

"Bu gün ölkəmizdə 30,9 kub kilometr içməli su ehtiyatı var. Onlardan 20,6 kub kilometr Azərbaycana xaricdən gəlib çatan çayların, qalan 10,3 kub kilometr isə ölkə ərazisindən axan çayların payına düşür", - "Azərsu" mütəxəssisi deyib.

O əlavə edib ki, Abşeron yarımadasında Azərbaycanın digər ərazilərindən fərqli olaraq, daha çox içməli suya tələbat var.