Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişə dair danışıqlar aparılıb


Digərləri 05 Dek 2018 12:55:00 217 0

Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişə dair danışıqlar aparılıb

Bakı Biznes Mərkəzində Azərbaycan və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə təşkil olunmuş danışıqlar prosesində çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlərin, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlərin imzalandığını vurğulayıb.

Bakı. Bakı Biznes Mərkəzində Azərbaycan və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə təşkil olunmuş danışıqlar prosesində çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlərin, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlərin imzalandığını vurğulayıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Avropa İttifaqı ölkələri tutur.