KOBİA ilə İteca Caspian və CEO şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb


Digərləri 05 Dek 2018 12:46:00 338 0

KOBİA ilə İteca Caspian və CEO şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İteca Caspian və CEO şirkətləri arasında kiçik və orta biznesin inkişafına dəstək proqramı çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, mərasim 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ("Bakutel 2018") çərçivəsində baş tutub.

Memorandumu KOBİA tərəfindən İdarə Heyətinin sədri Orxan Məmmədov, İteca Caspian və CEO tərəfindən isə Fərid Məmmədov imzalayıb.