Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir


Digərləri 05 Dek 2018 12:29:00 241 0

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir. İdarədən Trend-ə verilən məlumata görə, təhsil müəssisələrində “Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda konfrans, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilir. Eləcə də təhsil müəssisələrində unudulmaz qəhrəmana aid fotostendlər, bülletenlər hazırlanır, “Mehdi Hüseynzadə-100” adlı guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, məktəblilər arasında Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadəyə həsr olunmuş “Qəhrəmanlar ölmürlər” mövzusunda inşa yazı müsabiqəsi, “Qəhrəmanlarımızı tanıyaq, tanıdaq” mövzusunda bilik yarışları keçirilir. Həmçinin, təhsil müəssisələrində Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo” filmləri nümayiş olunur.