“Evlilik həyatını dadmaq istəyirəm”


Digərləri 05 Dek 2018 12:04:00 261 0

“Evlilik həyatını dadmaq istəyirəm”

Aktrisa Məryəm Uzerli ərə getmək istədiyini etiraf edib.

Son.az publika-ya istinadən xəbər verir ki, 35 yaşlı aktrisa "Alem" jurnalına müsahibə verib. Jurnalın üz qabığına çəkilən kino ulduzu evlilik haqqında fikirlərini belə ifadə edib: "Həyatımda bir dəfə evlənsəm, xoşbəxt olaram. Bu günə qədər heç kimə qarşı belə bir şey hiss etməmişəm. Düşünürəm ki, nə zamansa özü ilə barışıq bir insan qarşıma çıxacaq. Əlbəttə, bunun bir zaman sərhədi yoxdur, amma o gözəl vəhdəti - ailə həyatını yaşamaq, dadmaq istəyirəm.

Gələcəkdə birlikdə olacağım insan dünyanın hansısa bir yerində yaşayır. Həyatın necə gedəcəyini bilmirik".