Həyat yoldaşlarına xəyanət edən məşhurlar


Digərləri 05 Dek 2018 12:08:00 234 0

Həyat yoldaşlarına xəyanət edən məşhurlar

Son günlər ən çox müzakirə olunan mövzulardan biri xəyanətdir. Belə ki, həyat yoldaşının ona xəyanət etdiyini iddia edən azərbaycanlı kişi xanımının başını keçəl qırxaraq onu alçaldıb, daha sonra həmin videonu sosial şəbəkələrdə yayıb. Məlum hadisə ölkə gündəmində geniş rezonans doğurub.

Ərinə xəyanət etdiyi deyilən qadının şiddətə məruz qalması qınaq obyektinə çevrilsə də, bunun əksini düşünənlər də az deyil.

Son.az mövzunun aktuallığını nəzərə alaraq dünya məşhurlarının həyat yoldaşlarına qarşı xəyanətlərinin zaman-zaman mətbuata sızan detallarına nəzər salır.

MADONNA

Baxmayaraq ki, Madonna o zamankı əri Qay Riçiyə xəyanət etdiyini mətbuatda təkzib edirdi, paparassilər basketbolçu Aleks Rodriqezin gecə saatlarında onun apartamentinə gəldiyini dəfələrlə qeydə almışdılar. Və bu, zamanında böyük qalmaqala səbəb olmuşdu.

ELİZABET TEYLOR

Elizabet saysız-hesabsız ərə gedib. Diqqətçəkən məqam budur ki, ulduz xanım Riçard Berton adlı kişiyə iki dəfə ərə gedib. O zaman həyat yoldaşı olan Eddi Fişerə əvvəllər əri olan Riçardla xəyanət edir və Eddini ataraq, yenidən Riçardla ailə qurur.

ARNOLD ŞVARSNEQQER

2011-də məlum oldu ki, Şvarsneqqerin sadə iqtisadçı qadından böyük oğlu var. Sən demə uzun illər həyat yoldaşı Mariya Şrayverə xəyanət edirmiş. Mətbuat bütün məsələni açandan sonra qəzəblənən xanım Şrayver 25 illik nikaha son qoyur.

BRİTNİ SPİRS

Britni öz çoxillik boyfrendi Castin Timberleykə hətta iki dəfə xəyanət edib.

Aldadılmış məşuq da öz növbəsində, "Cry me a river" adlı hit mahnı buraxaraq, mahnı sözlərində qisas məqsədilə onun da Britnini aldatdığından söz açır.

İTAN HOUK

İtan Houk cazibədar aktrisa Uma Turmana dəfələrlə xəyanət edib və bu hal mətbuatın gündəmini zaman-zaman zəbt edirdi. Dayə ilə, kanadalı modellə, həmçinin "Star" jurnalının versiyasına görə, Anjelina Coli ilə... Burada sual yaranır: Uma Turman "Bili öldürmək" filmindəki Bilin başına gətirdiklərini niyə real həyatda xəyanətkarın başına gətirmir? Axı o, buna dəqiq layiq idi. Lakin qürurlu Turman səbrli davranır.

CESSİKA SİMPSON