Ceyhun Hacıbəylinin varisləri Bakını gəzdilər FOTO


Digərləri 05 Dek 2018 11:52:33 246 0

Ceyhun Hacıbəylinin varisləri Bakını gəzdilər  FOTO

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar səfərin ilk günü əvvəlcə Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını daha sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər. Jurnalistlərə açıqlama verən Benjamin Hacıbəyli bildirib ki, 12 il bundan qabaq Azərbaycana gəlib: "Ölkə inkişafa doğru çox dəyişilib. Bakıda çox hündürmərtəbəli binalar var və Bakının mənzərəsi çox ecazkardır, qısa müddətdə Azərbaycan çox dəyişilib.

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, bu səfər çox mənalıdır və görüşdən məmnunluq duyur. 


Xəbərə aid fotolar