Rusiyadan qanunsuz yolla keçirilən 70 kq balıq aşkarlandı (FOTO)


Digərləri 05 Dek 2018 11:53:35 212 0

Rusiyadan qanunsuz yolla keçirilən 70 kq balıq aşkarlandı (FOTO)

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb.

Bakı. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb.