Lavrov gələn həftə Azərbaycana gəlir


Siyasət 05 Dek 2018 11:48:03 242 0

Lavrov gələn həftə Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

S.Lavrovun səfəri dekabrın 14-ü baş tutacaq.