Prezident İlham Əliyev ABŞ-ın ölkəmizdəki səfirliyində olub, Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib


Digərləri 05 Dek 2018 11:47:11 171 0

Prezident İlham Əliyev ABŞ-ın ölkəmizdəki səfirliyində olub, Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Dövlətimizin başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib. Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin