Rektor: "Həkim də təzyiq qarşısında aciz qaldığı üçün hüquqi yardıma ehtiyacı olur"


Digərləri 05 Dek 2018 11:18:00 330 0

Rektor: "Həkim də təzyiq qarşısında aciz qaldığı üçün hüquqi yardıma ehtiyacı olur"

Bəzən həkim də təzyiq qarşısında aciz qalır. Buna görə çox zaman həkimə də hüquqi yardımın göstərilməsinə ehtiyac yaranır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Rektor buna misal olaraq, rastlaşdığı bir halı qeyd edib: "Məsələn, 4 il əvvəl ürək əməliyyatı olunan bir xəstə mənim qəbuluma gələrək düzgün əməliyyat edilmədiyini, onu əməliyyat edən həkimi işdən çıxarmağımı tələb etdi. Ancaq heç kəs ona "Sənə kim deyib ki, düzgün əməliyyat edilməmisən? Sən düzgün əməliyyat edilməsəydin, 4 ildən sonra buraya sərbəst gələ bilərdinmi?" sualını vermir. Amma o, nəyəsə əsaslanaraq istər həkim, istərsə də klinika üçün kifayət qədər gərgin atmosfer yaradır".