Avtobus cibgirləri tutuldular


Digərləri 05 Dek 2018 11:05:00 483 0

Avtobus cibgirləri tutuldular

DİN-dən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.

Üzərində şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb.

Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.


Xəbərə aid fotolar