Dünyada ilk dəfə: ölmüş qadın dünyaya uşaq "gətirdi" FOTO


Digərləri 05 Dek 2018 11:06:13 240 0

Dünyada ilk dəfə: ölmüş qadın dünyaya uşaq "gətirdi"  FOTO

Dünyada ilk dəfə olaraq ölmüş qadının analıq yolunun transplantasiyası vasitəsilə uşaq doğulub.

Son.az The Lancet-ə istinadən bildirir ki, unikal əməliyyat San-Paulu Universitetinin klinikasında gerçəkləşdirilib.

Ötən ilin sonlarında uğurla başa çatmış əməliyyat barədə indi məlumat yayılıb.

"Hospital das Clinicas"da dünyada ilk dəfə olaraq ölmüş qadının analıq yolu ana ola bilməyən, hamilə qalmaq imkanından məhrum olmuş qadına transplantasiya olunub.

32 yaşlı qadın hamilə qalıb və 3,8 kq ağırlığında qızını dünyaya gətirib.

3 övlad anası olmuş 45 yaşlı, donor qismində istifadə olunmuş qadın isə insultdan ölmüşdü.

32 yaşlı qadında anadangəlmə Mayer-Rokitanski-Kaster-Hauzer Sindromu (Mayer-Rokitansky-Kuster-Hauser syndrome, MRKH) olduğundan onun analıq yolunda çox ciddi fəsadlar vardı.

11 saat davam edən əməliyyat zamanı 45 yaşlı mərhum qadının analıq yolu 32 yaşlı qadının bədəninə köçürülüb. Transplantasiyadan sonra gələcək anaya bir neçə immunsupressantlar verilib. Bu preparatlar həm transplantın bədənə uyğunlaşmasına yardım etməli, həm də qadının hamilə qala bilmək şanslarını artırmalı idi.


Xəbərə aid fotolar