Sumqayıtda 19 restoran "cəzalandırıldı" - Havanı çirkləndirdikləri üçün


Digərləri 05 Dek 2018 11:09:26 215 0

Sumqayıtda 19 restoran "cəzalandırıldı" - Havanı çirkləndirdikləri üçün

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə monitorinq və araşdırmalar aparır.

Bakı. İlhamə İsabalayeva – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə monitorinq və araşdırmalar aparır. Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb. Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.