Vəzifəli qadını çılpaq şəkildə yolda sürüyürlər, cinsi əlaqədə olurlar, edam edirlər


Dünya 05 Dek 2018 11:00:00 316 0

Vəzifəli qadını çılpaq şəkildə yolda sürüyürlər, cinsi əlaqədə olurlar, edam edirlər

Xəbər verdiyimiz kimi, son günlər Fransada yanacağın qiymətinin artmasına qarşı geniş etiraz aksiyaları keçirilir, yüzlərlə həbs edilən var.

Bu, Fransada son 50 ilin ən böyük kütləvi iğtişaşları və küçə aksiyaları sayılır.

Aksiyalar hələ də səngimək bilmir.

Yanacaq tariflərinin artırılmasına və vergi qanunvericiliyinə edilən dəyişikliklərə etraz edən on minlərlə fransalı "sarı jiletlilər" ("gilets jaunes") aksiyalarına başlayıb.

Paris prefekturasının rəsmi açıqlamasına görə, toqquşmalarda 133 nəfər yaralanıb. Onların 23-ü polis əməkdaşlarıdır. 270 nəfər həbs olunub.

Beləliklə, Fransanın küçələrində qan, nifrət və talanlar bir neçə həftədir ki, davam edir. "Sarı jiletlər" adlı aksiyalara qatılan gənc maskalı adamlar Fransanın paytaxtı Parisin küçələrinə tam nəzarət edirlər. Bəzilərinin əllərində metal dəyənəklər və baltalar var.

Bütün bunların fonunda Fransa tarixində yaşanan dəhşətli faktlardan birinə nəzər salaq. 

Məlum olduğu kimi, Böyük fransız inqilabı nəticəsində monarxiya devirilərək respublikanın yaranmasına səbəb oldu.

Əhali qəzəblə aristokratların və kral ailəsinin qanlarını istəyirdi. İnqilabçı terrorunun əlindən həlak olanlar arasında markiza de Lambal da var idi. Bu səxavətli madamın ölümü o dərəcə qorxunc idi ki, bir sıra orta əsr vəhşilikləri bu hadisə ilə müqayisədə kölgədə qalır.

Milli.az "sentyabr ölümləri" kimi tarixə düşən, 20 mindən artıq başın bədəndən üzüldüyü günlərə - Versal sarayının şahzadə-xanımı markiza de Lambalın simasında işıq salır.

Rəssam Leon Maxime Faivre, 1908. "Şahzadə de Lambalın ölümü".

Mariya-Luiza-Tereza italyan şahzadəsi Karinyanonun və hessens şahzadəsi Kristina-Henriyettanın qız idi. 18 yaşında qızı markiz de Lambala ərə verirlər, lakin evlilik həyatından həzz almaq ona müvəffəq olmur. Yeni evlənən bəy - gənc Markiz de Lambal 19 yaşının olmasına baxmayaraq, artıq bütün Fransada öz əxlaqsızlığı ilə məşhur idi. Markizin valideynləri ümid edirdilər ki, evlənərək o, ciddiləşəcək, amma bu, belə olmadı. De Lambal toyundan yarım il sonra sifilisdən öldü...

Şahzadə Mariya-Tereza-Luiza - markiza de Lambal.

Dul qalan qadın böyük mirasa sahib olur, amma onu bu cah-cəlal az maraqlandırırdı. Markiza de Lambal monastıra getməyə hazırlaşırdı, lakin markizanın qayınatası Hersoq de Pentyevr dul qadını dünya həyatında qalmağa inandırdı. Birlikdə onlar fəal xeyriyyəçiliklə məşğul olmağa başladılar. Bir müddətdən sonra sadə xalq onu "Pentyevrin mələyi" adlandırırdı.

Mariya-Antuanetta XVI Lyudovikin xanımı olandan sonra markiza de Lambalı saraya yaxın edir və onu bir növ təsərrüfat müdiri təyin edir. Qadınlar çox yaxın dost olurlar. Bir müddətdən sonra daimi saray intriqaları markizanı yormağa başlayır, bu səbəbdən o, Versalda nadir hallarda görünməyə başlayır.

Markiza de Lambal. XIX əsrin qravyurası.

Bu arada, Fransa kraliçasından narazılıq get-gedə artırdı. Xalq çox bədxərc olduğu üçün Mariya-Antuanettaya nifrət edirdi.