Azərbaycanda orta məktəb binasında yanğın


Digərləri 05 Dek 2018 09:52:00 219 0

Azərbaycanda orta məktəb binasında yanğın

Qəbələdə orta məktəb binasında yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.