Nazir: “Bu il ARDNFnin aktivləri 2,5 mlrd. dollar artacaq”


Digərləri 05 Dek 2018 09:34:00 238 0

Nazir: “Bu il ARDNFnin aktivləri 2,5 mlrd. dollar artacaq”

2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik.

Son.az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər hallarda büdcə faktiki olaraq sığortalanıb.

"Burada digər parametr - icmal büdcə də var. Bu büdcə ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləridir. Yəni bu gün bizin təqdim etdiyimiz büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq".