"Heç bir şübhə yoxdur ki, şahzadənin Qaşıqçının öldürülməsində əli var"
Dünya 05 Dek 2018 09:15:00 263 0
Heç bir şübhə yoxdur ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Haşşoqi öldürülməsində əli var.
Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı senator Robert Korker Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin Senatda keçirdiyi brifinqdə deyib.
"Mənim heç bir şübhəm yoxdur ki, vəliəhd şahzadə qətl fərmanı verib, qətli nəzarətdə saxlayıb, nəyin baş verdiyini dəqiq bilib və onu əvvəlcədən planlaşdırıb", - senator bildirib.
Mənbə: milli.az