MeksikaABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanıldı


Dünya 05 Dek 2018 09:20:00 261 0

MeksikaABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanıldı

Təqribən 800 miqrant Meksika-ABŞ sərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.

Son.az report-a istinadən xəbər verir ki, bunu Meksika Miqrasiya Milli İnstitutunun direktoru Tonatiu Gilyen "Formula" radiosuna müsahibəsində deyib.

Bildirilir ki, qanun pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

"Televisa" telekanalının məlumatına görə, təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub.