Türkiyə noyabrda İrandan neft almayıb


Dünya 05 Dek 2018 08:40:00 223 0

Türkiyə noyabrda İrandan neft almayıb

Türkiyə noyabr ayında İrandan neft almayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları çərçivəsində 6 aylıq müvəqqəti güzəşt tətbiq edilən ölkələrdən biri olan Türkiyənin noyabrda İrandan neft idxalı sıfıra enib. Türkiyənin əsas xam neft idxalçısı olan "Tüpraş" holdinqi oktyabr ayında İrandan gündəlik təxminən 129 min barrel xam neft alıb. Lakin holdinq noyabr ayında İrandan neft almayıb.