Yerlə toqquşması ehtimal olunan asteroid üzərində tədqiqat aparılacaq


Digərləri 05 Dek 2018 08:19:00 297 0

Yerlə toqquşması ehtimal olunan asteroid üzərində tədqiqat aparılacaq

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 2016-cı ilin sentyabrında kosmosa göndərdiyi "Osiris-Rex" zondu "Bennu" asteroidinə yaxınlaşıb və bu göy cisminin səthindən götürülən nümunələri Yerə çatdıracaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Günəş sistemində ən böyük ulduzdan Yerə qədər eyni məsafədə olan bu asteroidin təxminən 166 ildən sonra planetimizlə toqquşacağı ehtimal olunur. Astronomlar "Bennu"nun sərt qaya şəklində olan süxurlarının tərkibində müxtəlif mineralların olduğu qənaətindədir. Əvvəllər aparılmış tədqiqatlar göstərib ki, Yerlə toqquşan asteroid və meteoritlərin tərkibində həyat əlaməti olan su da olub. "Bennu"nun səthinin öyrənilməsi məhz bu baxımdan əhəmiyyətlidir.

Alimlərin hesablamalarına görə, bu asteroidin Yerlə toqquşacağı ehtimalı 2,700-də bir təşkil edir. NASA-nın kataloqunda "Bennu"nun planetimizə 72 il yaxınlıqda olduğu da qeyd olunub.

NASA-nın məlumatında bildirilir ki, "Osiris-Rex" astronomlara asteroiddə radiasiya səviyyəsini ölçməyə də imkan verəcək. Bundan başqa, "Bennu"nun aldığı Günəş enerjisi sayəsində hər altı ildən bir Yerə daha çox yaxınlaşdığı da müəyyən olunub. Missiyanın sözçüsü Erin Morton vurğulayıb: "2020-ci ildə bu asteroiddən götürüləcək nümunələrin tədqiqi bizə qarşıdakı 150 ildə onun planetimizə təsiri barədə daha aydın məlumatlar əldə etməyə kömək edəcək.