Avropa İttifaqında onlayn alışveriş zamanı coğrafi məhdudiyyət aradan götürülüb


Digərləri 05 Dek 2018 07:28:00 249 0

Avropa İttifaqında onlayn alışveriş zamanı coğrafi məhdudiyyət aradan götürülüb

Dekabrın 3-dən başlayaraq veb-mağazalar tərəfindən istifadəçilərin coğrafi mövqeyi ilə bağlı məhdudiyyətlərin qoyulması Avropa İttifaqında qadağan ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məhdudiyyətləri bəzən "geobloklanma" adlandırırlar. Bundan sonra Avropa İttifaqı ölkələrinin sakinləri Aİ-nin hər hansı ölkəsindən tamamilə eyni şərtlərlə Milad bayramına onlayn-hədiyyə sifariş verə bilərlər. Ekspertlər bununla belə, geobloklanmanın ləğvinin kiçik biznes üçün çətinlik yarada biləcəyindən ehtiyat edirlər.