Bürclər dekabr ayında nə vəd verir? PROQNOZ


Digərləri 05 Dek 2018 07:14:00 333 0

Bürclər dekabr ayında nə vəd verir?  PROQNOZ

Son.az oxu.az-a istinadən aylıq bürc şərhlərini təqdim edir:

Qoç bürcü

Yupiter Qoç bürcünün ehtiras evində olacaq, sizə həvəs və ümid vəd edəcək. 2018-ci ilin ilk on günlüyü Venera (Qoç bürcünün evlilik evinin idarəçisi) uzaq məsafəli romantik səyahət etmə şansı, qürurlu romantik düşüncələr, mədəni və dini yönlərin inkişafının mümkünlüyünü vəd edir.

2018-ci ilin qalan 20 günlüyündə Qoç bürcünün evlilik həyatı karyera və ictimai həyatı ilə birləşəcək və xüsusi hünəri olan və ya əhəmiyyətli mövqeyi olan birinin diqqətinizi çəkməsi mümkündür. Duyğular güclü və iztirablı, vəziyyət gərgin olacaq.

2018-ci ilin dekabr ayının 15-dən sonra sizin əhəmiyyətli bir qərar almanız və ya vəziyyətə hakim olmanız mümkündür, idarəniz xarici qaçılmaz bir şeylər inkişaf edə bilər. Sürətli planetlər Qoç bürcünün günəş bürcündəki ən yüksək mövqeyə çatmağa çalışaraq müvəffəqiyyət və inkişaf vəd edirlər.

2018-ci ilin dekabr ayının ilk dövrü Qoç bürcləri üçün xüsusilə işlər, uzaq tanışlar ilə mədəni maraq sahəsi ilə bağlı səyahət etmə və əməkdaşlıq uyğundur. Təcrübənizi artırma və üfüqlərinizi genişlətməniz lazım olduğunu hiss edəcəksiniz. 2018-ci ilin 10 dekabrında Venera planeti Qoç bürcünün karier evinə girəcək. İndi başlasanız, müvəffəqiyyət əməkdaşlıqdan və ictimai və ya romantik əlaqələrdən gələ bilər.

Sizin müdirləriniz köməksevər olacaq və şans sizdən yana olacaq. Sonra Merkuri və Günəş də Qoç bürcünün karier evində olacaq və bu uyğun meyli tətikləyəcək. Gözəl xəbər budur ki, Qoç bürcünün karyera evinin idarəçisi olan Saturn 2014-cü ildən bəri olduğu qarışıq yeri tərk edəcək və Oxatan bürcünə girəcək və Qoç bürclərinə genişləmə və inkişaf dövrü vəd edəcək.

Eyni zamanda, maliyyə vəziyyətləri də rahatlayacaq. 2018-ci ilin Dekabr ayı boyunca Qoç bürclərinin fiziki görünüşü mükəmməl olacaq. Bir neçə həftə bundan əvvəlki gərgin vəziyyətlər yox olub gedəcək, optimist meyl böyüyəcək və güclü olacaq.

Gücünüzün çoxaldığını hiss edəcəksiniz, hər şeyin parlaq tərəfini görəcəksiniz. 2018-ci ilin Dekabr ayının son on günlüyü Qoç bürcü insanları üçün çox stressli ola bilər və bəzi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Risk və ifratdan uzaq olun, xüsusilə bayram boyunca!

Buğa bürcü

Yaxşı bir xəbərlə başlayaq: 2018-ci ilin 23 dekabrında Saturn Buğa bürcünün evlilik evini tərk edəcək, iki ildən çoxdur ki, bu planet Buğa bürcündədir və bu bürcə məmnuniyyət gətirməməkdədir. Əgər sizin evlilik həyatınız çətin anlarla, əhəmiyyətli hadisələrlə xatırlanırsa, indi tarazlığa nəzarət etmə zamanıdır, nəticəyə fikir verin və almanız lazım olan dərsi alın.

Saturn planetinin Buğa bürcünün evlilik evindən ayrılışı sizə isti və daha rahatlaşdırıcı bir iqlim gətirəcək. Dekabr ayının 23 ünə qədər siz bir azca daha səbirli olmalısınız. Eşq planeti olan Venera planetinin düzülüşü 2018-ci ilin dekabr ayının ilk on günlüyünə qədər hər şeydən narahat olacağınızı göstərir və Buğa bürcünün evlilik evinin idarəçisi olan Mars ayın ilk dövrü vəziyyəti idarə altına almaqda xeyli sərt olacaq.

2018-ci ilin Dekabr ayı pul baxımından Buğa bürcləri üçün maraqlı olacaq: comərd bir hədiyyə alacaq və ya əlavə qazanc təmin edəcəksiniz və ya sərmayə qoyacaq və başqa gəlirli işlərdən faydalanacaqsınız. Uzaqdan bəziləri ilə komanda işi və ya proyektləri üzərində çalışmaq fürsəti tapacaqsınız.

Ayın ikinci dövrü böyük arzular və yeni işlərə başlamaq istəyi artacaq. Ayın hadisəsi (hətta ilin hadisəsi): 2018-ci ilin 23 dekabrında Saturn (Buğa bürcünün karier evinin idarəçisi) Oxatan bürcünə girəcək. Bu dövr təxminən üç il davam edəcək və Buğa bürcünün karier vəzifələri ilə başlayacaq, maddiyyətlə bağlı olacaq və maliyyə və ya iş mühitini əhatə edən kontraktlar əhəmiyyət daşıyacaq.

Buğa bürcünün peşəkar həyatının gizli və psixoloji tərəfinə sərmayə qoyulması mümkündür. Bu dövr Buğa bürcünün sağlamlığı üçün uyğun olmayacaq. 2018-ci ilin Dekabr ayı siz fiziki zəiflik hiss edəcəksiniz, daha çox istirahət etməyə ehtiyac duyacaqsınız, işlərlə maraqlana bilməyəcək, hər zamanki həvəs və zarafatcıllığı yaşaya bilməyəcəksiniz, narahat və gərgin anlar yaşayacaqsınız. İstirahət etməniz lazımdır. Buğa bürcləri üçün ən yaxşı istirahət vasitələri evlə, ailə ilə, təbiətlə və Yer kürəsi ilə bağlı olacaq.

Əkizlər bürcü

2018-ci ilin dekabr ayı ulduzlar Əkizlər bürcünün xoşbəxt olmasını istəyir. 2018-ci ilin dekabr ayının ilk on günlüyü Əkizlər bürcünün evlik evindən eşq planeti olan Venera planeti keçəcək, bu planet həm də Əkizlər bürcünün ehtiras evinin idarəçisidir.

Əkizlər bürcünün evlilik evində 17 dekabra qədər həm də Merkuri planeti olacaq (Əkizlər bürcünün idarəçisi) və həyat və inkişaf təqdim edən Günəş də 22 Dekabra qədər bu bürcdə olacaq. Yaxşı xəbərlər gəlməkdə davam edir: Venera, Merkuri və Günəş Yupiter (evlilik evinin idarəçisi!) planeti ilə və Uran -yenilik gətirən planet ilə uyğunlaşma içində olacaq. Bu fövqəladə düzülüş Əkizlər bürcünə eşq və müvəffəqiyyət üçün şans vəd edir, köhnə əlaqələrinizdə müsbət inkişaf və ya yeni eşqin yaranmasına işarə edən hadisələr yaşayacaqsınız.

2018-ci ilin dekabr ayının 23 ü sizin romantik həyatınızı üç illik bir müddətlə test edəcək olan Saturn Əkizlər bürcünün evlilik həyatına girəcək. 2018-ci ilin dekabr ayı Əkizlər bürcü üçün əməkdaşlıq və iş yoldaşlığı ilə dolu bir ay olacaq. Komanda proyektləri və yeni işlərə başlamaq üçün iş yoldaşlarınızla və ya danışıqlar üçün və gələcək planlarınız haqqında, fikirlərinizi, strategiyalarınızı partnyorunuzla paylaşmaq və fikir alış-verişi üçün ən uyğun dövrdür.

Gələcəkdə xüsusi şeylərinizi paylaşacağınız, məqsədlərinizə çatmaq üçün sizə köməkçi olacaq və sizi dəstəkləyəcək insanlarla tanış olma fürsətiniz olacaq. Əlaqə yaratmaq, qrup fəaliyyətlərinə qatılmaq sizin üçün asan olacaq və başqaları sizin tərəfinizdə olub sizi dəstəkləyəcək.

2018-ci ilin Dekabr ayı Əkizlər bürcünün müvəffəqiyyəti dərnəklərə qatılmaq, əlaqə yaratmaq və hərəkətliliyə bağlı olacaq. Maliyyə sahəniz də aktiv, lakin xeyli gərgin olacaq. Əkizlər bürcü insanlarına tövsiyəmiz gözüaçıq olmaları, riskdən uzaq olmaları və həll edilə bilməmiş məsələ buraxmamalarıdır.

Bu ay o qədər aktiv olacaq ki, Əkizlər bürcü insanları xəstəliklə boğuşmağa vaxt tapa bilməyəcəklər. Əslində, həvəs bünyəmizi tətikləyir və gücləndirir. Bəlkə də, ayın sonuna qədər siz bir azca yorğun olacaqsınız.

Bu zaman təqdirə layiq bir hadisə reallaşacaq: 2018-ci ilin 23 dekabrında Saturn planeti 2014-cü ildən bəri olduğu Əkizlər bürcünün xəstəliklər evini tərk edəcək və sizin ümumi görünüşünüz və əhvalınız düzələcək.

Xərçəng bürcü

Yengəc bürcləri üçün əlaqələr 2018-ci ilin dekabr ayında da ön planda olacaq. İlk on günlük eşq hekayəsi kimi sakit keçəcək. 10 dekabrda Xərçəng bürcünün evlilik evinə eşq planeti olan Venera planeti girəcək və bu planeti Merkuri və Günəş izləyəcək. Beləcə, yeni romantik həvəs yaranacaq, partnyorunuzun planetin mərkəzində olacaq və siz də buna görə planetlərin əhəmiyyətli mərkəz nöqtəsində olacaqsınız.

Venera planetinin Yengəc bürcünün evlilik evindən keçməsi Xərçəng bürclərinə harmoniya və razılaşma gətirəcək. 2018-ci ilin dekabr ayı Venera planeti Pluton ilə birləşəcək və ovsunlama, ehtiras və təəccüblü hadisələr gətirəcək. Beləcə, 2018-ci ilin dekabr ayının son 20 günlüyü Xərçəng bürclərinin evlilik həyatlarında hər şey gözəl olmayacaq, lakin güclü duyğular olacaq və bu da vəziyyətə bağlı olaraq özündən keçmə və ya ovsunlanma ilə özünü göstərə bilər.

Xərçəng bürclərinin karierləri üçün mükəmməl bir ay olacaq. Bütün çalışan və məsuliyyətləri olan insanlar kimi siz də həmişə hərəkət halında olacaqsınız. Faydalı olacaqsınız əlinizi atdığınız hər iş asanlıqla, sürətli və problemsiz bir şəkildə həllə çatacaq. 2018-ci ilin dekabr ayı Yengəc bürcləri zəka və qabiliyyətləri ilə xüsusilə yaradıcılıqları, əlaqədə olmaları və öhdəsindən gələ bilmə bacarıqları sayəsində aya qüstə dayanmağı bacaracaqlar.

Yeniliklər və fürsətlər də olacaq. Bəlkə də, uzun zamandır gözlədiyiniz dəyişikliklər reallaşacaq və ya bəlkə də, şans sizə güləcək və bu da sürprizə səbəb olacaq. Hər halda hər şey Xərçəng bürcləri üçün yaxşı olacaq.

Üstəlik, pul böyük məbləğlər halında gələcəkdir. Hətta 2018-ci ilin dekabr ayı sizə hədiyyələr veriləcək və sizi comərdcə mükafatlandıracaqlar. Bayram olduğu üçün çox pul xərcləməyə meyilli olacaqsınız, əsla çox pul xərcləməyin! 2018-ci ilin dekabr ayı Xərçəng bürcünün xəstəliklər evində bir neçə sürətli planet keçib gedəcək, bu planetlər sizin xəstəliklər evinizi təhdid etməyəcək, lakin tibbi müayinə, fiziki görünüş, həyat gigiyenası və s. haqqında siqnallar verəcəklər. 2018-ci ilin astroloji meyli ən çox Xərçəng bürcləri üçün uyğun olacaq: yeni həllər ortaya çıxacaq və yeni perspektivlər açılacaq.

Şir bürcü

Qışın ortasında 2018-ci ilin dekabr ayı Aslan bürcləri üçün çox isti olacaq! Əvvəlcə Aslan bürcünün eşq və cinsilik evinin idarəçisi olan Yupiter keçən Yaydan etibarən Aslan bürcündədir və sizə ehtiras verməkdədir. İkinci olaraq 2018-ci ilin 22 dekabrında Aslan bürcünün eşq və cinsilik evindən sıra ilə eşq planeti Venera, eşqbazlıq və məşğuliyyət planeti Merkuri və güclü enerji, işıq və istilik qaynağı olan Günəş keçəcək.

Üçüncü 2018-ci ilin 5 dekabrında arzu və fəth planeti olan Mars Aslan bürcünün əlaqə evinə girəcək. Bu böyük ölçüdə güc nümayişi olacaq və əhəmiyyətli hadisələrə səbəb olacaq. Duyğular çox dərin olacaq və onların dərinliyi harmoniya və sakinlikdən daha çox eşq hekayəsinə, dəlicə jestlərə və təəccüblü hərəkətlərə səbəb olacaq.

2018-ci ilin dekabr ayı Aslan bürclərini müvəffəqiyyətə dəvət edəcək. Aslan bürcündə yerləşən Yupiter (2018-ci ilin Avqust ayı ilə 2019-cu ilin Avqust aralığında) güvən, dinamizm və şans yaradacaq. Qoç bürcündə yerləşən Yupiter planetinin Uran planeti ilə yaratdığı düzülüş Aslan bürclərinə əlavə enerji və cəsarət verəcək və onlara müvəffəqiyyət, böyümə və yeni təcrübə verəcək.

2018-ci ilin dekabr ayı Günəşin (Aslan bürcünün idarəçisi) Oxatan bürcündən keçməsi Alov üçbucağına (Atəş bürclərinin meydana gətirdiyi üçbucaq) yaxınlaşacaq: möcüzə yaradan hadisələrin inkişaf zamanı, uyğun fürsətlərin və yaxşı şansın ortaya çıxma zamanıdır bu. 2018-ci ilin dekabr ayı planetlərin düzülüşü Aslan bürclərinə ən doğru yolu göstərəcək və doğru zamanda doğru işlər görmək üçün onlara fürsətlər təqdim edəcək. Hərəkətə keçmə və müvəffəqiyyət qazanma zamanıdır.

Xüsusilə 2018-ci ilin dekabr ayının ilk dövrü siz yaxşı fiziki görünüşə sahib olacaqsınız. Enerjiniz çoxalacaq və əhvalınız çox yüksək olacaq, az qala səmaya çatacaq. Yaxşı bir bədən tarazlığı üçün Aslan bürclərinin idman etməyə və davamlı fiziki fəaliyyətlərlə maraqlanmağa ehtiyacı var. Digər tərəfdən ifratdan qaçmağınız lazımdır, xüsusilə son on günlükdə.

Qız bürcü

Qız bürcləri üçün 2018-ci ilin dekabr ayının düsturu "sirli ehtiras və ya gizli eşq" olacaq. Qız bürcünün evlilik evinin idarəçisi olan Yupiter planeti elə bir sahədə olacaq ki, sizin onu açmanıza icazə verməyəcək. Yupiter başqa planetlər tərəfindən möhkəmcə dəstəklənir, aktiv və təsirli olacaq, hətta çöldən o belə görünmür.

2018-ci ilin dekabr ayının ilk dövrü Merkuri (Qız bürcünün idarəçisi) və Günəş sizin planetinizin ən aşağı nöqtəsindən keçəcək və bir daha sizin gizlilik arzularınızı göstərəcək. Bununla belə 2018-ci ilin 10 dekabrında Qız bürcünün eşq və cinsilik evi çox aktiv olacaq və oraya ilk Venera və sonra Günəş və Merkuri girəcək.

2018-ci ilin dekabr ayı boyunca romantika ön planda olacaq, lakin ayın ikinci yarısı xüsusilə cinsilik və ehtiras üçün uyğun olacaq. Bütün bunlar gizli bir şəkildə olacaq. 2018-ci ilin Dekabr ayı Qız bürcləri yeni yoldaşlıqlara çox da həvəsli olmayacaq. Diqqəti çəkmək yerinə, öz gündəlik işinizlə məşğul olmağı seçəcəksiniz. Qız bürcünün maraq sahələri ümumiyyətlə evlə, torpaqla və pulla bağlı olur.

Siz həvəslə ev işləri ilə məşğul olacaq, təmizlikdən təmirə və kiçik şeylərin təmirinə qədər, bəlkə də eviniz üçün bir şeylər alacaqsınız. Sizin valideynləriniz və ailəniz sizin karier üçün səylərinizi bəlkə də maddi istiqamətdən dəstəkləyəcəklər. 2018-ci ilin dekabr ayı Qız bürclərinin xüsusilə başqalarında gələn pul baxımından çətinlikləri olmayacaq kimi görünür: qohumlardan, partnerinizdən, iş yoldaşınızdan, kömək dərnəklərindən və ya sponsordan və s.