Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib


Digərləri 05 Dek 2018 03:26:14 229 0

Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin solisti, unudulmaz Xan Şuşinskinin sonuncu tələbəsi Oktay Hacıyevin yaradıcılığına həsr olunmuş gecə keçirilib. Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində həyata keçirilib. Gecənin əvvəlində Oktay Hacıyevin öz ifasında “Qara tellər” xalq mahnısı səsləndi. Sonra gecənin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və xanəndənin dostu, şair Ağakərim Nafis Oktay Hacıyevin həyat yolu və yaradıcılığından onun ecazkar sənəti haqqında danışdılar.