Samir Şərifov: Azərbaycan qeyrineft ixracının artmasında maraqlıdır


Digərləri 04 Dek 2018 23:52:00 302 0

Samir Şərifov: Azərbaycan qeyrineft ixracının artmasında maraqlıdır

Azərbaycan qeyri-neft ixracının artmasında maraqlıdır. Bu il dövlət büdcəsinə edilən dəyişiklik faktiki olaraq qeyri-neft sektorundan gözlənilən vergi daxilolmalarını azaldıb.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu ölkəmizin maliyyə naziri Samir Şərifov "AZTV" telekanalının efirində deyib.

Nazir xatırladıb ki, ölkə başçısı bununla bağlı tapşırıqlar verib, bununla əlaqədar aidiyyatı qurumlar, ilk növbədə iqtisadiyyat nazirliyi, kənd təsərrüfatı nazirliyi məqsədyönlü tədbirlər həyata keçirir: "Bununla yanaşı, dövlət tərəfindən xüsusi bir mexanizm tətbiq olunur - təşviq mexanizmi, yəni ixracı təşviq edirik".