Günəşi soyutmağın yolları axtarılır


Digərləri 04 Dek 2018 22:45:00 291 0

Günəşi soyutmağın yolları axtarılır

Qlobal istiləşmədən qorunmaq üçün, dünyamızı günəş şüalarından qorumağın yolları axtarılır.

Son.az deyerler.org-a istinadən bildirir ki, qlobal istiləşmənin təsirləri sürətlə artdıqca, araşdırmaçılar Yer kürəsində yaşanan iqlim dəyişməsinə qarşı hansı tədbir görə biləcəklərini müzakirə edirlər. İllər boyunca davam edən və həyata keçirilən araşdırmalardan sonra, elm insanları yeni və təəccüblü bir yanaşma ilə bəlkə də bu sürətli istiləşməni yavaşlada biləcəklərinə inanırlar: Günəşi soyutmaq.

Təbii ki bu tərifin altında əsl yatan hədəf planetimizi soyutmaqdır. İllərdir dünyamız iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizə edərkən əslində heç kimin ağılına atmosferimizə daxil olan günəş şüalarını absorbasiya etmək fikri gəlməmişdi. Kim bilir, bəlkə də belə bir texnologiyanın mümkün ola biləcəyi və ya tətbiq oluna biləcəyi qisimində sual işarələri var. Lakin son geomühəndislik araşdırmaları, atmosferə əlavə ediləcək müəyyən qazlarla, istiləşməyə səbəb olan bəzi şüaların maneə törədilə biləcəyini göstərdi.