Qaraciyəri qoruyan, damarları təmizləyən şirin dərman


Digərləri 04 Dek 2018 22:35:00 282 0

Qaraciyəri qoruyan, damarları təmizləyən şirin dərman

Şirin, dadlı, ətirli mandarinin bir çox faydalı xüsusiyyətləri var.

Mandarin ən güclü antioksidantlar sayılan C və A vitaminlər, B qrupu vitaminləri, maqnezium, kalium, dəmir, kalisium kimi minerallar, pektinlər, orqanik turşular, flavonoidlərlə olduqca zəngindir. Belə zəngin tərkibə görə mandarin insan sağlamlığına böyük fayda verir.

Son.az saglamolun.az-a istinadən mandarinin faydaları ilə tanış edir:

- Mandarin kapilyar və damarları təmizləyir və möhkəmləndirir, onları daha elastik edir.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır.

- Qaraciyəri piylənmədən qoruyur.

- Sakitləşdirir, əhvalı yaxşılaşdırır, stresdən çıxardır.

- Görməni və dərinin vəziyyətini yaxşılaşdırır.

- Bağırsaqları təmizləyir, qəbizlik zamanı faydalıdır.