Bakının "avtomobil qəbiristanlığı" – İşlənmiş hissələr yenisindən baha satılır FOTO


Digərləri 04 Dek 2018 22:11:00 492 0

Bakının  "avtomobil qəbiristanlığı" – İşlənmiş hissələr yenisindən baha satılır  FOTO

Əvvəllər Bakıda 8-ci kilometr yaşayış məntəqəsində "maşın bazarı" kimi tanınan yer indi "avtomobil qəbiristanlığı"na çevrilib.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobillərin istər yeni, istərsə də işlənmiş ehtiyat hissələrini buradan tapmaq mümkündür. Ancaq maraqlı odur ki, işlənmiş ehtiyat hissələr bəzən yenisindən baha satılır.

Həftənin bütün günü açıq olan bazarın təcrübəli satıcılarından biri əvvəlki illərlə müqayisədə hazırda bazarda durğunluq yarandığını bildirib:

"2016-cı ilə qədər xaricdən avtomobillər gətirirdik. Yaxud buradakı istismardan çıxmış avtomobillərin yaxşı vəziyyətdə qalmış hissələrini satırdıq. Həm alıcıya sərf edirdi (hissələr avtomobilin üzərindən çıxdığına, yəni orijinal olduğuna görə), həm də satıcıya. Avtomobilin hissələrini ayırıb satmaqla daha çox gəlir əldə etmək olar".

Başqa bir satıcının sözlərinə görə, əvvəllər bazarda daha çox ölkədə istifadə edilmiş avtomobillərin üzərindən çıxan hissələr satılırdı, indi isə ehtiyat hissələrin əksəriyyəti xaricdən gətirilir:


Xəbərə aid fotolar