Hər zülmün öz tövbəsi var


Digərləri 04 Dek 2018 22:20:00 267 0

Hər zülmün öz tövbəsi var

Hər bir günah özünəməxsus tövbə istəyir. Ona görə də zülmə görə edilən tövbələr də fərqlidir. Belə ki, zülmün üç növü vardır:

Son.az deyerler.org-a istinadən bildirir ki, Allaha qarşı edilən zülm, insanlara edilən zülm, özünə edilən zülm.

O zaman ki, bəndə Allaha qarşı zülm edər, tövbəsi o vaxt yerinə yetər ki, bu günahına görə nalə çəkib, sızlasın və günahın təsirini aradan aparmaq üçün vaciblatları vaxtında icra etsin və haramlardan çəkinsin.

O zaman ki, bəndə insanlara zülm edər, xüsusilə də mal və ya canlarına qarşı - istiğfar və tövbədən başqa, onların razılığını alması da zəruridir. Bu zalım gərək özünü qisas məqamında qərar versin. Diyə versin və ya malı geri qaytarsın.