İnsan beynində yeni fenomen kəşf edildi


Digərləri 04 Dek 2018 21:45:00 244 0

İnsan beynində yeni fenomen kəşf edildi

Bir beyin xəritəçisi, hüceyrələrin çoxalmasının insanlara xas olduğunu və insanların hərəkətinin idarəedilməsinə məsul ola biləcəyini müəyyən etdi.

30 il əvvəl, Corc Paksinos, beyin kökündə daha əvvəl heç kimin tapa bilmədiyi yeni bir hüceyrə hinini kəşf etdi, lakin üzərində çox dayanmadı. 2018-ci ildə isə, yenə Paksinos tərəfindən aparılan yeni araşdırma, hüceyrələrin çoxalmasının qətiliklə əhəmiyyətli olduğunu göstərir. Bu hüceyrələr əslində insan beyninin daha əvvəl kəşf edilməyən bir bölgəsində var. Kəşf edilən neyron hininin incə hərəkət idarəedilməsindən məsul ola biləcəyi və idman etmək, oyun oynamaq kimi qabiliyyətlərimizi təyin etmədə rol ala biləcəyi üzərində dayanılır.

Son.az deyerler.org-a istinadən bildirir ki, professor Paksinos, dünyanın ən hörmətli beyin xəritəçilərindən biridir və beyin cərrahlarının beyin strukturlarını daha yaxşı qavramalarını təmin edən insan və heyvan beyinlərinin xəritələrini meydana gətirir. İlk beyin atlasını 28 il əvvəl nəşr etdikdən sonra əsl maraq duyduğu bölgəyə geri dönməsi, beyin hüceyrələrinin kiçik qruplaşmasının kəşfinə gətirib çıxardı. Yeni tapdığı strukturlara isə, 'Endorestiform nucleus' adını verdi.