İlin qadın futbolçusuna verdiyi suala görə


Dünya 04 Dek 2018 21:07:00 248 0

İlin qadın futbolçusuna verdiyi suala görə

Keçən gecə Fransanın paytaxtı Parisdə keçirilən ilin ən yaxşı futbolçularının mükafatlandırma mərasimində maraqlı hadisə yaşanıb.

Son.az komanda.az-a istinadən bildirir ki, tədbirin aparıcısı Martin Solveyqin ilin ən yaxşı qadın futbolçusu seçilən Ada Hederberqə verdiyi sual futbolçunun səhnəni tərk etməsinə səbəb olub. Aparıcının "Lion"un şərəfini qoruyan hücumçuya verdiyi "Bilirsənsə, "tverk" rəqsini (ayaq rəqsi) ifa edə bilərsənmi" sualı xanım futbolçunu çətin vəziyyətdə qoyub. Aparıcıya "xeyr" cavabını verən Hederberq səhnəni tərk edib.

Mükafatlandırmadan sonra sosial şəbəkə hesabı vasitəsilə futbolçudan ürz istədiyini deyən Martin, "Adaya vəziyyəti açıqladım və o, bunun zarafat olduğunu anladı. Hər kəsdən üzr istəyirəm" açıqlamasını edib.


Xəbərə aid fotolar