Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik


Digərləri 04 Dek 2018 20:52:00 304 0

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik

Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçiriləcək.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni "Ümumi təhsil haqqında" qanun layihəsinin 9-cu maddəsində (Ümumi təhsil proqramı (kurikulum) qeyd edilib.

Qanun layihəsinin 9.4-cü maddəsinə görə, ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir.

9.5-ci maddədə isə qeyd edilir ki, ümumi təhsil müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.