İranlı nazir ABŞa "dərs keçdi"


Dünya 04 Dek 2018 20:58:00 232 0

İranlı nazir ABŞa "dərs keçdi"

Avropa Birliyinin hazırladığı maliyyə mexanizminin mərkəzində neft ticarəti var. İranın neft gəlirləri mexanizmə daxil edilməsə, ortalıqda işlənəcək pul qalmayacaq.

Son.az Aznews.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

Nazir "Avropa Birliyinin hazırladığı ödəmə mexanizmi neft ticarətini əhatə etməyəcək" iddialarının əsassız olduğunu deyib: "Qərb mediasında yayılan xəbərlər yalandır. Bu cür xəbərlər xalqın ümidini qırmaq məqsədi daşıyır".