İsraildə qadınlar kütləvi etiraza qalxdı:


Dünya 04 Dek 2018 20:44:00 314 0

İsraildə qadınlar kütləvi etiraza qalxdı:

Bu gün İsraildə xanımlara münasibətdə şiddət və zorakılıq hallarının artmasına etiraz olaraq qadınlar ümummilli tətil elan ediblər.

Son.az Azvision.az-a istinadən xəbər verir ki, İsraildə qadınların öldürülməsilə nəticələnən cinayətlər və ailə zorakılığında qadınlara şiddət tətbiq edilməsi 100 min insanın etiraz aksiyası keçirməsinə səbəb olub.

Onlarla şəhərin meriyası və ölkə üzrə 300-ə yaxın təşkilat, müəssisə və şirkətlər qadınların "Qəzəb günü" adlı kütləvi aksiyasını dəstəkləyiblər.

"Yetkinlik yaşına çatmayan 2 qızın ölümü ilə nəticələnən son zorakılıq hadisələri bizi hərəkətə keçməyə vadar etdi. İctimaiyyət qəzəblidir və insanlar siyasətçilərimizin bu problemə laqeydliyini qəbul etməyə hazır deyil", - deyə etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər.


Xəbərə aid fotolar