Deputatdan inqilabi təkliflər: 11 illik icbari təhsil,


Digərləri 04 Dek 2018 20:36:00 343 0

Deputatdan inqilabi təkliflər: 11 illik icbari təhsil,

Hər bir dövlətin gücü onun təhsilindən və elmə yaxınlığından asılıdır. Əgər biz Azərbaycanın demokratik və müasir bir dövlət kimi inkişafını istəyiriksə, bu sahəyə diqqət yetirməliyik.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri bu gün Milli Məclisin "Elm və təhsil" Komitəsinin iclasında "Ümumi təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. O, təhsil qanunvericiliyinə ciddi təkliflər irəli sürüb. Millət vəkili 9 illik pulsuz icbari təhsilin 11 illik icbari təhsillə əvəz olunmasını təklif edib:

"Biz icbari təhsili tam və pulsuz etməliyik. Bu, Azərbaycanın bir sıra digər dövlətlərdən, eləcə də bizə yaxın olan qonşu dövlətlərdən üstünlüyünün zəmanəti ola bilər".

Millət vəkili həmçinin bəzi bölgələrdə qızların icbari təhsil almasına problemlər yaradıldığını bildirib. O, qeyd edib ki, qızları icbari təhsildən məhrum edənlərə qarşı müvafiq cəzalar müəyyənləşdirilməlidir.

Qanunun maliyyə ilə bağlı hissəsinə toxunan deputat deyib ki, dövlət adambaşına təhsilə nə qədər maliyyə ayırdığını müəyyən etməlidir. Bir uşağın pulsuz icbarı təhsil almasının dövlətə neçəyə başa gəldiyi konkret qeyd edilməlidir:

"Çox vaxt şikayət gəlir ki, özəl məktəblərdə, universitetlərdə təhsil xərcləri artıb. Bu xərclər nəyə görə artır? Hər şey məntiqi olmalıdır. Əgər təhsil müəssisəsində əlavə xidmət edilirsə, bilgi verilirsə, bunun da əlavə məsrəfləri olur. Bu məsrəflər həmişə şəffaf və aydın olmalıdır. Biz büdcəni müəyyənləşdirərkən bilməliyik ki, hər bir şagirdə, yaxud da dövlət universitetlərində təhsil alan tələbəyə nə qədər xərcləyirik. Məbləğin qeyri-müəyyən olması, bir çox hallarda müvafiq dövlət təhsil müəssisələrində bəzi xoşagəlməz nəticələr doğurur".