Azərbaycandan ixrac edilən ən populyar qeyrineft məhsulları


Digərləri 04 Dek 2018 20:00:00 238 0

Azərbaycandan ixrac edilən ən populyar qeyrineft məhsulları

Azərbaycanda bu ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin eyni dövrü ilə müqayisədə 132 milyon ABŞ dolları və ya 11 faiz çoxdur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin noyabr sayında məlumat verilib. 

Məlumata əsasən, yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (149,9 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 99,9 milyon ABŞ dolları) ikinci olub. Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə (68,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.