Eduard Şarmazanov: “Paşinyan Ermənistanda faşist rejimi yaratmaq istəyir”


Dünya 04 Dek 2018 20:04:00 289 0

Eduard Şarmazanov: “Paşinyan Ermənistanda faşist rejimi yaratmaq istəyir”

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistan hərbi sahədə də iflasa uğrayıb.

Erməni ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri hüquq müdafiəçisi və jurnalist Vardan Arutunyan keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil. V.Arutunyan vurğulayıb ki, ölkəsində hərbi hissələr həbsxanadan fərqlənmir. Onun sözlərinə görə, hələ 1990-cı illərdə ordu formalaşdırılmağa başlananda struktur kriminal qaydada qurulub. Hərbi sahəyə qaranlıq keçmişi olan şəxslərin gəlməsi və kök atması uzun illərdir mənfi təsirini göstərir.

Digər jurnalist Yuri Manvelyan da həmkarının fikri ilə razılaşır. O deyib: "Ermənistan ordusu çiçəklənən biznes mühitini xatırladır. Gəncləri orduda xidmətə çağırırlar və Qarabağa göndərirlər. Bununla yanaşı, riyakarcasına onun bu dağlıq əraziyə könüllü getdiyini deyirlər. Guya qəfildən bu şəxsdə vətənpərvərlik hissləri oyanıb. Bu əsgərlərin valideynlərinin hər həftə Qarabağa qida məhsulları ilə qutular göndərməsi normaldır? Təbii ki, yox".