Bütün məktəblərin şagirdləri üçün XÜSUSİ GEYİM formaları tətbiq ediləcək


Digərləri 04 Dek 2018 19:44:00 312 0

Bütün məktəblərin şagirdləri üçün XÜSUSİ GEYİM formaları tətbiq ediləcək

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu məsələ "Ümumi təhsil haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində deyilir ki, ümumi təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.