İran prezidenti ABŞa bir daha xəbərdarlıq etdi


Dünya 04 Dek 2018 19:48:00 417 0

İran prezidenti ABŞa bir daha xəbərdarlıq etdi

"ABŞ İranın öz neftini ixrac etməsini durdura və İranın neft tankerlərinin Fars körfəzindən keçməsinin qarşısını ala bilməz"

Son.az azvision.az-a istinadən bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani ölkəsinin şimalındakı Şahrud şəhərinə səfəri zamanı çıxışında deyib. Bildirib ki, Vaşinqtonun İran tankerlərinə qarşı istənilən blokadası körfəzdən keçən bütün neft ixracatlarının da bloklanması ilə nəticələnəcək.

"Amerika bilməlidir ki, biz öz neftimizi satırıq və satmağa davam edəcəyik. Onlar bizim neft ixracatımızı dayandıra bilməzlər. Əgər bir gün onlar İranın neft ixracatının qarşısını almaq istəsələr, onda Fars körfəzindən heç bir neft ixrac olunmayacaq", - Ruhani xəbərdarlıq edib.