Makronun reytinqi rekord həddə düşdü:


Dünya 04 Dek 2018 19:40:00 265 0

Makronun reytinqi rekord həddə düşdü:

Fransa Prezidenti Emmanuel Makronun və Baş nazir Eduard Filipin reytinqi minimum həddə çatıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı "İfop" sorğu şirkəti yayıb. Belə ki, Makrona cəmiyyətdə etibar 23%-ə qədər geriləyib. Eduard Filip üçün isə bu göstərici 26% olub.

Makronun son prezident seçkisində əsas rəqibi olan Marin Le Penin reytinqi isə daha 5% artaraq, 33%-ə çatıb.