"İnsanlardan necə pul alardım, vicdan olmalıdır"


Şou-biznes 04 Dek 2018 19:24:00 310 0

"İnsanlardan necə pul alardım, vicdan olmalıdır"

"Bu xəstəliyə görə Allahıma şükür edirəm. Demək ki, məni yadına salıb. İnsan sevdiyinin yanına sevinərək gedər. Öləcəmsə də, şükür edirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-vəkil Zülfiyyə Bayramova "Bizimləsən" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aparıcı xəstəliyə qalib gəlməsindən danışıb. O, aparıcı Zaur Baxşəliyevin və başqalarının yardımını qəbul etmədiyini söyləyib:

"Ölümlə qarşılaşdım, heç kimdən işim keçmədi. Zaur hər gün gəlirdi deyirdi ki, müalicənin yarı pulunu verim. Bir dərmanım var, xaricdən gəlir, bahadır. Hər gün deyirdi ki, onun pulunu verim. Dedim ki, yox. Hər həftənin 7 gününü işləsin. Gəlim ona qabırğa olum ki, maaşının yarısını mənə ver. Vicdan deyilən bir şey var. Onun sözü mənə bəs idi, köməyi qəbul etmədim. Onun maaşı övladının haqqıdır. 

Övladlarıma təşəkkür etmirəm, boyunlarının borcudur. Amma Samir Qulamovla Vüqar Təhməzov mənə başqa cür yardım etdilər. Gördülər heç kimdən yardım qəbul etmirəm, zəng etdilər ki, uşağınızı göndərin, kinoya çəkək. Mənə o, anda ən çox nigaran qaldığım tərəfdən kömək etdilər. Bu, mənə o qədər böyük dəstək oldu.