Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirildi


Kriminal 04 Dek 2018 19:08:00 379 0

Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirildi

Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin solisti, unudulmaz Xan Şuşinskinin sonuncu tələbəsi Oktay Hacıyevin yaradıcılığına həsr olunmuş  gecə keçirildi.

Son.az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecənin əvvəlində Oktay Hacıyevin öz ifasında "Qara tellər" xalq mahnısı səsləndi.

Sonra gecənin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və xanəndənin dostu, şair Ağakərim Nafis Oktay Hacıyevin həyat  yolu və yaradıcılığından onun ecazkar sənəti haqqında danışdılar. 

Tədbirin bədii hissəsində  Xalq artisti Zümrüd Məmmədova,  V.Mustafazadə adına "Sevil" vokal ansamblı, Şəhla Ələsgərovanın bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun xoru, xanəndələr Abgül Mirzəliyev, Türkay Məlikova, Elay Xasıyev, Məftun Məmmədli, Könül Məmmədli, Almaxanım Əhmədli, Elgiz Əliyev, Seymur Məmmədov, müğənnilər Sədaqət Ulduz, Nicat Cəfərzadə, Oktay Hacıyevin ifa etdiyi xalq və bəstəkar mahnılarını ifa  etdilər.