Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb


Digərləri 04 Dek 2018 18:52:57 242 0

Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini N.Namazov vurulub

Bakı. Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.