Quldur qardaşlar tutuldu "LondonTaxi”nin sürücüsünü qarət etmişdilər


Digərləri 04 Dek 2018 18:42:00 257 0

Quldur qardaşlar tutuldu  "LondonTaxi”nin sürücüsünü qarət etmişdilər

"London-Taxi"nin sürücüsünü hədələyərək pulunu və telefonunu alan qardaşlar tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakini olan bir nəfərin idarə etdiyi "London-Taxi" markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər.

Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alıb hadisə yerini tərk ediblər.