Polislər bu dəfə hamilə qadını xilas etdi


Digərləri 04 Dek 2018 18:48:00 245 0

Polislər bu dəfə hamilə qadını xilas etdi

Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində yol qəzası baş verib.

Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.