Üzeyir Hacıbəylinin varisləri Bakıya gəlir (FOTO)


Digərləri 04 Dek 2018 18:40:00 225 0

Üzeyir Hacıbəylinin varisləri Bakıya gəlir (FOTO)

Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir.

Bakı. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər. Qeyd edək ki, C.Hacıbəylinin əslən fransalı olan gəlini Paskal Buşe Sarbonna Universitetinin məzunudur, Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyir, ixtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.