600dən çox Rusiya vətəndaşı Ukraynaya buraxılmayıb


Dünya 04 Dek 2018 17:56:00 201 0

600dən çox Rusiya vətəndaşı Ukraynaya buraxılmayıb

Ukrayna sərhədçiləri hərbi vəziyyət elan olunandan 600-dən çox Rusiya vətəndaşını ölkəyə buraxmayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petro Tsiqikal deyib.

O bildirib ki, bu müddətdə Ukraynaya getmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb:

"Təkcə kişilər deyil, qadınların da ölkəyə girişinə icazə verilməyə bilər - əgər buna müəyyən səbəb varsa".