Azərbaycanda 140 qanunsuz miqrant saxlanılıb


Digərləri 04 Dek 2018 17:26:00 232 0

Azərbaycanda 140 qanunsuz miqrant saxlanılıb

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb

Bakı. Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb. Xidmətdən Trend-ə verilən məlumata görə, onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb. Saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.